Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 11:34
Onsuz da ölkəni səthi olaraq idarə edirdi, eyni zəif mətnlə istefa verdi.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu cümlə erməni müxalifətçi, "Respublika" partiyasının (sədr Serj Sərkisyan - red.) nümayəndəsi, keçmiş təhsil naziri Armen Aşotyanın Feysbuk səhifəsində yazdığı statusda əks olunub.
"Ümumi sarkazm və gözlənilməzlikdən başqa iki bir-birini tamamlayan müşahidə nəticəsini yazmaq olar:
1. Ermənistanın başının üstündə, xaricdən gəlmə qara bulud dolaşır və Armen Sərkisyan qaçmağa qərar verdi.
2. Bu addımla o, Nikola ölkədə hakimiyyəti tam ələ almaq və Konstitusiya dəyişikliklərini həyata keçirmək yolunu təmizlədi", - o qeyd edib.
Sonda Armen Aşotyan sabiq prezidentin sadəcə "sürüşdüyünü" qeyd edib.