Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatma Girikin son müsahibəsi: “Anamdan əvvəl ölmək istəmirəm”

Fatma Girikin son müsahibəsi: “Anamdan əvvəl ölmək istəmirəm”

Tarix: 24 Yanvar 2022 14:50

Məşhur aktrisa Fatma Girikin vəfatından sonra onun bir müddət əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sözügedən müsahibədə aktrisanın dediyi sözlər pərəstişkarlarını kədərləndirib.

"Öləcəyəm deyə qorxuram. Çünki arxamda mənə ehtiyacı olan insanlar buraxmış olacam. Məsələn, anamdan əvvəl ölmək istəmərəm. Nə edəcək mənsiz? Yaşı da olduqca çoxdur. Qızım var, Ahu, məndən başqa heç kimi yoxdur. Ancaq öləcəyəm nə zamansa, Allah ölüm versin", - deyə o bildirib.

Aktrisa həmçinin son müsahibəsində vəsiyyəti ilə bağlı da sualı cavablandırıb:

"Öldükdən sonra arxamca danışmasınlar bəs edər. Heç kimi incitməmişəm, heç kimə pislik etməmişəm, qul haqqı yeməmişəm, kimsəyə xor baxmamışam, kimsəyə güc nümayişi etməmişəm. Ən önəm verdiyim budur. Yaxşı insan olmaq dünyada hər şeydən çətindir".

Qeyd edək ki, Fatma Girik bu gün İstanbulda müalicə aldığı xəstəxanada 79 yaşında vəfat edib.

Aktrisanın anası Münevver Girik Dukav 99 yaşındadır.


Etiketlər:  Fatma Girikin müsahibəsi Anamdan əvvəl ölmək istəmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ