Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 16:22
Sosial şəbəkələrdə özlərini falçı və ekstrasens kimi təqdim edənlərin sayı durmadan artır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər falçılara küçə və parklarda rast gəlirdiksə, indi artıq sosial şəbəkələrə də yol açıblar. Hətta profillərində xidmətlərini, qiymətlərini, bəziləri isə nömrələrini də qeyd ediblər. Müraciət etdiksə isə kart hesabı göndərilir və bildirilir ki, ödəniş edilənə qədər də heç bir xidmət göstərilməyəcək. Hətta bəziləri ödəniş edilmədən telefon nömrəsini belə vermir.
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, bu cür işbazlara inanlar əsasən iradəsi zəif olan şəxslərdir.
Son vaxtlarda bu cür hallarla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkələrinə və 102 xidməti zəng mərkəzinə də xeyli müraciət daxil olub.
Falçılıq dində də normal qəbul olunmur. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, istər realda, istərsə də sosial şəbəkələrdə rast gəlinən bu işbazlar insanları aldadaraq duyğularını istismar edirlər.
Qeyd edək ki, aidiyyəti qurumlar insanları belə işbazların tələsinə düşməməyə çağırırlar.