Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azra Kıvança şər atdı”

“Azra Kıvança şər atdı”

Tarix: 25 Yanvar 2022 20:02

Qalmaqallı "Best Model" yarışmasının yaradıcısı Erkan Özerman Kıvanç Tatlıtuğ və onun keçmiş sevgilisi Azra Akınla bağlı bir sıra iddialar irəli sürüb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, "Al sana haber" verilişində qonaq olan Özerman Azranın Kıvança şər atdığını iddia edib:

"Kıvança etdiyi pislik və atdığı şərlərə görə o qızı yaşatmazdım, evində məhkum edərdim. Oğlana nələr etdi. Səbəbi isə qısqanclıq idi. O, Niderlandda yaşayırdı. Kıvanç isə Parisdə işləyirdi. Zəng edib "Sən bu gecə kiminlə yatdın?" deyib ağlamağa başlayırdı. Kıvanc məcbur olub qatarla 2 saatdan çox yol gedirdi. Hətta Kıvança atdığı şəri burada danışa bilmərəm".

Aparıcı Seyhan Soylunun "Kıvançın gay olduğunu eyham etmişdi?" sualına Özerman "Azra onu itirmək qorxusu ilə şər atdı" cavabını verib.

Qeyd edək ki, 2002-ci ildə Azra dünya gözəli, Kıvanç isə "Best model" seçilib. Onlar bir müddət əvvəl Özermanı təzminat tələbi ilə məhkəməyə vermişdilər.  


Etiketlər:  Azra Kıvança şər atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ