Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 17:28
Təhsil Tələbə Kredit Fonduna yanvarın 25-dək 5000-dən artıq tələbə 2021-2022-ci tədris ilinin payız semestrinin təhsil xərclərinin qarşılanması məqsədilə elektron müraciət edib.
Bu barədə Sonxeber.net-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.
Bildirilib ki, həmin müraciətlərdən 1591-i üzrə elektron ərizələr tələbələr tərəfindən yekunlaşmadığı və notarial ərizə nömrəsi qeyd edilmədiyi üçün sistem tərəfindən emalına başlanmayıb.
"3359 tam formada uğurla təqdim edilən müraciətin cari emal nəticələrinə əsasən artıq 2350-ə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb. Onlardan 686-sı ilə müvəkkil bank arasında onlayn formada müqavilə bağlanıb və təhsilhaqları nağdsız formada onların təhsil aldıqları müəssisələrin bank hesablarına köçürülüb. Onlayn müqavilələrin bağlanması prosesi davam etməkdədir. Digər müraciətlər üzrə isə emal işləri və yeni müraciətlərin qəbulu davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.