Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 09:26
"Məişət zorakılığı haqqında qanuna görə iqtisadi zorakılıq odur ki, məsələn, bir ailədə qadının ali təhsili var, peşəsi var və amma həyat yoldaşı onu işləməyə qoymur. Qadın üzərində daim aqressiv zorakılığı həyata keçirir. Yaxud, qadın işləyir və maaşı alan kimi əri əlindən alır və onun heç bir sərbəstliyə əlçatımlılığı olmur. İqtisadi zorakılıq odur ki, bu zorakılığa məruz qalan şəxsi digər tərəf bütün iqtisadi çatımlılıqdan məhrum edir".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova deyib.
S.Yaqubova bildirib ki, ölkədə işləməyən qadın yoxdur. Onun sözlərinə görə, təsərrüfatı idarə etmək qadının hər hansı bir vəzifədə işləməsindən daha çətin bir işdir:
"Bu işin istirahət günü, saatı yoxdur. Müqabilində hər hansı ödəniş olmur. Əgər bizim millət vəkilimiz belə bir təklif irəli sürübsə, bunu qanunvericilik baxımından haqlı bir misalla bildirə bilərəm. Məncə ev təsərrüfatını həyata keçirən xanımlara psixoloji dəstək üçün bu fikirlər səsləndirilib. Təəssüf ki, məhkəmə təcrübəsində belə məqamlara rast gəlirəm. Ömürboyu kişi hansısa bir vəzifədə işləyir, müəyyən bazanı yığır, pensiyaya çıxır. Qadın isə evdə oturub, işləmir. Əvəzində uşaqları böyüdür. Həmin kişinin evini, təsərrüfatını idarə edir. Nəticədə həmin xanım pensiyaya çıxa bilmir. Pensiya hüququndan belə məhrum olur".
S.Yaqubova ailə qanunvericiliyini təkmilləşdirməyin vacib olduğunu bildirib:
"Məhkəmə praktikasını da bir qədər müsbət etmək lazımdır. Son illər hətta uzun ilin ailələri də dağılır. O cür hallarda kişi qazandığı pensiya hüququnun ən azı ikidə birini qadına verməlidir. Qanunvericilikdə Ailə Məcəlləsində bu ümumi bir şəkildə göstərilib. Lakin nə qanunvericilik, nə də məhkəmə praktikası baxımından tam təkminləşməyib".