Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dueyn Conson məşhur oyunun filminə çəkiləcək - FOTO

Dueyn Conson məşhur oyunun filminə çəkiləcək - FOTO

Tarix: 27 Yanvar 2022 12:55

Amerikalı aktyor Dueyn Conson ən böyük və maraqlı oyunlardan birinin film adaptasiyasında iştirak edəcəyini bildirib. O, bu barədə "Men's Journal"a müsahibəsində xəbər verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ancaq aktyor bu məşhur oyunun adını açıqlamayıb.

"Dünyadakı pərəstişkarlara nə təqdim edəcəyimizi səbirsizliklə gözləyirəm. Əlbəttə ki, biz oyunçu dostlarımız üçün düzgün olanı etməyə çalışacağıq, amma həqiqətdə sadəcə əla film çəkmək istəyirik", - deyə Conson bildirib.

Qeyd edək ki, aktyor bundan əvvəl də oyunlar əsasında filmlərdə çəkilib. Söhbət "Rampage" (2018) və "Doom" (2005) kimi filmlərdən gedir.

Milli.Az


Etiketlər:  Dueyn Conson məşhur oyunun filminə çəkiləcək FOTO


RƏYLƏR