Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 17:06
Kuba hakimiyyəti çətin ki, adada Rusiya hərbi bazasının yerləşdirilməsi və ya Lurdesdə rus radiolokasiya stansiyasının bərpası ilə razılaşsın.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu bunu rusiyalı ekspert Viktor Xeyfets deyib.
"Birincisi, Kuba hökuməti öz suverenliyini qiymətləndirir, ikincisi, Havana 1962-ci il "Karib böhranı" və 2000-ci illərin əvvəllərində kubalıların rəyi nəzərə alınmadan Lurdesdəki stansiyanın ləğv edilməsinə görə Moskvadan inciyib", - Xeyfets bildirib.
Onun sözlərinə görə, ABŞ da bu məsələdə Kubaya ciddi təsir göstərəcək:
"Kuba hakimiyyəti yaxşı bilir ki, adada Rusiya hərbi bazasının və ya radar stansiyasının görünməsi ABŞ üçün "qırmızı xətt" olacaq. Bu, Amerika ilə münasibətlərin kəskin, bəlkə də geridönməz şəkildə pisləşməsinə gətirib çıxaracaq".