Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirində ikinci yeri tutub

Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirində ikinci yeri tutub

Tarix: 30 Yanvar 2022 18:26

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters" şahmat turnirində Şəhriyar Məmmədyarov ikinci yeri tutub.

Azərbaycan təmsilçisi 13-cü turda ABŞ şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib. Yekun nəticədə Ş.Məmmədyarov 8 xalla ikinci yeri tutub.

Turnirin qalibi 9,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edib.

Milli.Az


Etiketlər:  Şəhriyar Məmmədyarov Tata Steel Masters turnirində ikinci yeri tutub


RƏYLƏR