Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Kazımovadan Brilliant Dadaşova haqda gözlənilməz sözlər - VİDEO

Aygün Kazımovadan Brilliant Dadaşova haqda gözlənilməz sözlər - VİDEO

Tarix: 31 Yanvar 2022 16:25

Xalq artisti Aygün Kazımova illərdir danışmadığı həmkarı Brilliant Dadaşova ilə bağlı açıqlama verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Şourum" proqramının "Deyirlər ki" rubrikasına qonaq olan müğənni Ruslan Ağayevin "Qadınlar arasında kiminlə duetiniz tamaşaçıya maraqlı olardı: Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Natavan Həbibi, yoxsa Brilliant Dadaşova" sualına belə cavab verib:

"Röya ilə duetimiz olub, maraqla da qarşılandı. Zülfiyyə ilə "Aypara" qrupunda oxumuşuq. Natavanla da səhnədə duet oxumuşuq. Onlar mənim balaca qızlarım olanda. İndi böyük qızlarımdır. İndi tamaşaçıya nə maraqlı olar? Küsülü deyiləm. Qarşı tərəfin hislərinə hörmətlə yanaşıram. O mənə belə yanaşır, mən də ona sevgiylə yanaşıram. Tamaşaçıya Brilliant Dadaşova ilə duet oxusam maraqlı gələr. Demirəm, bunu istəyirəm. Deyirəm ki, bu duet tamaşaçıya maraqlı gələr".


Etiketlər:  Aygün Kazımovadan Brilliant Dadaşova haqda gözlənilməz sözlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ