Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kolleclər yenidən təşkil olunacaq - SİYAHI

Bu kolleclər yenidən təşkil olunacaq - SİYAHI

Tarix: 1 Fevral 2022 08:52

Baş nazir Əli Əsədov 1 nömrəli Bakı Tibb Kollecinin, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin, Gəncə Tibb Kollecinin, Mingəçevir Tibb Kollecinin, Şəki Tibb Kollecinin, Lənkəran Tibb Kollecinin, Cəlilabad Tibb Kollecinin, Quba Tibb Kollecinin və Saatlı Tibb Kollecinin yenidən təşkili haqqında sənədi imzalayıb.

Bu barədə təklif Səhiyyə Nazirliyindən gəlib.

1 nömrəli Bakı Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan 1 nömrəli Bakı Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan 2 nömrəli Bakı Baza Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Gəncə Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Gəncə Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Mingəçevir Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Şəki Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Şəki Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Lənkəran Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Lənkəran Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Cəlilabad Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Cəlilabad Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Quba Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Quba Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Saatlı Tibb Kolleci publik hüquqi şəxs statusuna malik olan Saatlı Tibb Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Bu Qərarda nəzərdə tutulmuş publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə:

Publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

Səhiyyə Nazirliyinə:

Bu Qərarda qeyd edilənlər istisna olunmaqla, publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Bu Qərarda nəzərdə tutulmuş publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kolleci, Cəlilabad Tibb Kolleci, Quba Tibb Kolleci və Saatlı Tibb Kolleci öz fəaliyyətlərini davam etdirməlidirlər.


Etiketlər:  kolleclər yenidən təşkil olunacaq SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ