Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 09:36
Bakı. Trend:
Rusiya və ABŞ strateji dialoq yaratmalıdır, çünki nüvə silahı sülhü qorumur, əksinə onu təhlükəyə atır.
Trend-in məlumatına görə, bu fikirləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.
Keçmiş prezident "Wall Street Journal" qəzetinə deyib ki, hər iki dövlət təhlükəli yoldadır: "Bu gün ABŞ və Rusiya təhlükəli yoldadır. Onlar dayanmalı və düşünməlidirlər. Soyuq müharibə veteranları artıq danışıb qurtarıblar. İndi bizim ölkələrin liderlərinin söz demək zamanıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin