Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas etdi - FOTO

İki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas etdi - FOTO

Tarix: 1 Fevral 2022 18:56

ABŞ-ın Texas ştatında iki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Natan və Kayla Dal cütlüyü gecə 5 övladı ilə birlikdə yatarkən evlərində yanğın başlayıb. Lakin ər və arvad COVID-19 xəstəliyi zamanı qoxu hissini itirdikləri üçün yanıq iyini hiss etməyiblər.

Səhərə yaxın iki yaşlı Brendon valideynlərinin yataq otağına girib və ayağı ilə çarpayıya vuraraq anasını oyadıb, "isti"  olduğunu deyib. Qadın dərhal çarpayıdan sıçrayıb, qapının ağzında alovu görüb və ərini oyadıb. Valideynlər dərhal uşaqları yanan evdən çıxarmağa başlayıblar.

Bütün ailə çöldə təhlükəsiz olanda yanğın siqnalı işə düşüb. Yanğın səbəbindən amerikalılar evlərini və iki avtomobilini itirsələr də, Brendon sayəsində bütün ailə üzvlərinin həyatını xilas ediblər.

Milli.Az


Etiketlər:  İki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas etdi FOTO


RƏYLƏR