Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 19:20
Rusiyada dəfn işlərini həyata keçirən şirkətin reklamı böyük etirazlara səbəb olub.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, reklamda "Ölən şəxs barədə sənədlərin hazırlanmasından, ölünün dəfn edilməsinə qədər cənazə işlərini həyata keçirən ən yaxşı işçilərə sahibik" ifadələri səslənib. Etirazlara səbəb isə reklamda açıq-saçıq geyimdə olan qızların rol alması olub. Reklamda alt paltarda olan qızın tabut üzərində uzanması diqqət çəkib. Bu görüntülərin yayılmasından sonra şirkət rəhbərliyinə qarşı etirazlar başlayıb.
Sosial media istifadəçiləri reklamın etik olmadığını ifadə ediblər.