Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natavan verilişə qatılmaq üçün 10 min istəyir?

Natavan verilişə qatılmaq üçün 10 min istəyir?

Tarix: 2 Fevral 2022 06:25

Müğənni Natavan Həbibi uzun müddətdir efirlərə qatılmır.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aldığı dəvətləri geri çevirən sənətçinin bu addımının səbəbi bəlli olub. Belə ki, Natavan verilişlərdən qonorar tələb edir.

Bu haqda aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramında deyib:

"Köməkçisi bizə deyib ki, verilişlərdən qonorar tələb edir. bunsuz heç bir yerə getmir. Deyir, qonorar verin gəlim. Məbləği deməyəcəm, məndə var. Xatirə islamın istədiyindən çox pul istəyir".

Proqramda yer alan stilist Elnur Həsənovun "Natavan toy qiymətini də qaldırıb, 10 min manatdır" sözünə Afaq "Elə o qiymətdir. Hazırda televiziyalar ona bu məbləği vermir" cavabını verib.

Qeyd edək ki, bundan əvvəl müğənni Xatirə İslam da televiziya rəhbərlərindən proqrama qatılmaq üçün qonorar tələb etmişdi. Onun bu fikri tənqid olunmuşdu.


Etiketlər:  Natavan verilişə qatılmaq üçün istəyir


RƏYLƏR