Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır

Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır

Tarix: 2 Fevral 2022 09:30

Qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat bu gün başa çatır

DİM-dən Sonxeber.net-a verilən xəbərə görə, imtahana yazılış 2 fevral saat 23:59-dək aparılacaq.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.

İmtahanına qeydiyyatdan üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet" yaradılmalıdır (şəxsi kabineti olmayanlar). "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın" düyməsini basmaq lazımdır. Açılan səhifədə

imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "Qeydə al" düyməsi basılır. Bundan sonra "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni çap edə bilərsiniz.


Etiketlər:  Sınaq imtahanlarına qeydiyyat gün başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ