Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyni ixtisas üzrə işləyən həkimlərin əməkhaqları arasında kəskin fərq var - VİDEO

Eyni ixtisas üzrə işləyən həkimlərin əməkhaqları arasında kəskin fərq var - VİDEO

Tarix: 2 Fevral 2022 14:44

Azərbaycanda fəaliyyət göstərən həkimlər arasında kəskin maaş fərqi var. Bəzi həkimlər 500 manat aldığı halda, bəziləri 10 min manatdan çox əməkhaqqı alır. Həkimlər arasında belə bir fərqin olmasından narazı qalanlar var. Bəs bu fərqin yaranmasının səbəbi nədir?

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, eyni ixtisas üzrə, eyni xəstəxanada işləyən həkimlərin əməkhaqları arasında minlərlə manat fərq var.

Son günlər bəzi həkimlər sosial şəbəkələrdə həmkarlarının onlardan qat-qat artıq maaş alması ilə bağlı narazılıqlarını bildirirlər. Qeyd edirlər ki, maaş fərqi nəzərəçarpacaq dərəcədə yuxarıdır. Həkimlərin maaşı 500 manatdan 20 min manata qədər dəyişir.

Məsələyə münasibət bildirən İcbari Tibbi Sığorta Agentliyinin işçi qrupunun rəhbəri Könül Ələkbərov deyib ki, ölkə üzrə icbari tibbi sığorta tətbiq edildiyindən maaşlar yeni qayda ilə verilir.

Onun sözlərinə görə, əməkhaqları arasında böyük fərqin yaranmasına səbəb xəstələrin bəzi həkimlərə daha çox müraciət etməsi ilə bağlıdır.

Könül Ələkbərov onu da qeyd edib ki, həkimlərin bilik və bacarıqlarını artırmaq üçün mütəmadi təlimlər həyata keçirilir. Hər bir həkim istər ölkə daxilində, istərsə də ölkə xaricində biliklərini təkmilləşdirərək xəstəxanalarda işləyə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Eyni ixtisas üzrə işləyən həkimlərin əməkhaqları arasında kəskin fərq var VİDEO


RƏYLƏR