Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arvadım səhərə qədər ''tiktok'' çəkir, bezmişəm''

''Arvadım səhərə qədər ''tiktok'' çəkir, bezmişəm''

Tarix: 2 Fevral 2022 19:36

Türkiyənin İzmir şəhərində ailə "tiktok" sosial şəbəkəsinə görə boşanıb.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, İzmirdə yaşayan iş adamı Ferit K. (43) və 15 illik həyat yoldaşı B.K. (41) keçən il boşanma qərarı alıblar.

Həyat yoldaşının uzun müddət Tiktokda vaxt keçirdiyini və buna görə də iki qızı ilə heç bir maraqlanmadığını iddia edən iş adamı məhkəmə prosesində qızlarının himayəçiliyini tələb edib. Müvəqqəti himayəçilik tələbi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş pedaqoq ananın uşaqlarla bağlı öhdəliyini kobud şəkildə pozduğunu və qəyyumluğun müvəqqəti və ya daimi olaraq ataya həvalə edilməsini doğru hesab edib.

Boşanma qərarı verildikdə daimi qəyyumluq tələb edən ata bildirib ki, həyat yoldaşı gecədən səhərə qədər Tiktok videoları çəkir:

"Əslində bu vəziyyət səhərə qədər davam edir. Özündən əlavə kiçik qızımı da TikTok-a öyrətdi. Qızım da video çəkib paylaşmaq istəyir. O da kliplərində qızlarımızı çəkir".


Etiketlər:  Arvadım səhərə qədər tiktok çəkir bezmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ