Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 08:51
Balqabaq tumaları həm dadlı, həm də müalicəvi məhsuldur. Qida mütəxəssisləri hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edirlər.
Bununla siz özünüzü bir çox xəstəliklərdən qoruya bilərsiniz.
Artrit zamanı kömək edir
Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngin olan balqabaq tumları artrit zamanı ağrıları və həmçinin bu xəstəliyin inkişafı riskini də azaldır.
Piyləmənin riskini azaldır
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislərin müşahidələrinə görə balqabaq tumunu müntəzəm olaraq qəbul edən insanlar artıq çəkidən daha tez azad olur. Zülallarla zəngin olan bu məhsul tez toxluq hissini yaradır və insanı tox saxlayır.
Sidik kisəsi və sidik yollarını təmizləyir
Balqabaq tumları sidikqovucu təsirə malik olduğundan sidik kisəsi və sidik yollarını yaxşı təmizləyir.
Həzmi yaxşılaşdırır
Liflərlə zəngin olan tum həzm proseslərini tənzimləyir.
Qəbizliyin qarşısını alır
Balqabaq tumları bağırsaqların hərəkətliliyini artırır və bununla da qəbizliklə mübarizə etməyə yardım edir.
Bağırsaqları qurdlardan təmizləyir
Balqabaq tumları ən tanınmış təbii qurdqovucu vasitədir.
İnfarkt və insultun riskini azaldır
Omeqa-3 və Omeqa-6 kimi tanınan yağlı turşular qan qamarlarını təmizləyir və elastik edir, onların partlama riskini azaldır ki, nəticədə infarkt və insultun riski də azalır.
Diabet zamanı kömək edir
Balqabaq tumları insulinin ifrazını artırır və bununla da şəkərin səviyyəsini normada saxlamağa yardım edir.
Əhvalı yaxşılaşdırır
Tərkibində bəzi aminturşuları sayəsində balqabaq tumları əhvalı və yuxunu yaxşılaşdırır, stressi və depressiyanı azaldır.
Prostat vəzinin sağlamlığını yaxşılaşdırır
Sinklə zəngin olan balqabaq tumları kişilərin prostat vəzinə çox müsbət təsir edir, potensiyanı və spermanın kiyfiyyətini yaxşılaşdırır.