Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cinsi azlıq olduğum üçün zorakılığa məruz qaldım'' - ''Tesla''nı məhkəməyə verdi

''Cinsi azlıq olduğum üçün zorakılığa məruz qaldım'' - ''Tesla''nı məhkəməyə verdi

Tarix: 3 Fevral 2022 13:54

Bloomberg yazır ki, "Tesla" qaradərili lezbiyan işçi tərəfindən məhkəməyə verilib.

Sonxeber.net xəbər verir ki, şirkətin Kailin Barker adlı keçmiş işçisi elektrik avtomobil istehsalçısını irqçilikdə ittiham edib. O, korporasiyanın ona edilən təhqirlərə məhəl qoymadığını, bunun həm də homofobiyadan qaynaqlandığını söyləyib.

Barkerin şikayəti, "Tesla"-nın öz fabriklərində irq, cinsi orientasiya və cinsi ayrı-seçkilik məsələlərinə məhəl qoymadığına dair bir sıra iddialardır. Barker iddia edir ki, həmkarı onu vurub təhqir edib. 25 yaşlı qadın "afro-amerikalı lezbian" olduğu üçün "fiziki, əqli və emosional zorakılığa" məruz qaldığını bildirib. Barker 2021-ci ilin fevralından oktyabr ayına qədər Tesla zavodunda işləyib və rəhbərliyə bir sıra şikayətlər etdikdən sonra işdən çıxarılıb.

Anar Əli


Etiketlər:  Cinsi azlıq olduğum üçün zorakılığa məruz qaldım Teslanı məhkəməyə verdi


RƏYLƏR