Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son həftədə Avropada 12 milyon insan COVID-19-a yoluxub

Son həftədə Avropada 12 milyon insan COVID-19-a yoluxub

Tarix: 3 Fevral 2022 20:02

Son bir həftə ərzində Avropada 12 milyon nəfər COVID-19 infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu göstərici pandemiyanın başlamasından sonra Avropa regionunda qeydə alınmış ən yüksək həftəlik yoluxma göstəricisidir.

H. Kluge qeyd edib ki, yoluxma hallarının kəskin artması daha çox virusun Omicron ştamının yüksək yoluxduruculuq qabiliyyəti ilə əlaqədardır.

O əlavə edib ki, hazırda Avropa və Mərkəzi Asiyada COVID-19 virusuna təxminən 150 milyon yoluxma halı qeydə alınıb və pandemiyanın başlamasından sonra qeydə alınan bütün yoluxma hallarının 30%-i təkcə bu ilin payına düşür.

H. Kluge vurğulayıb ki, virusa yoluxanların sayının kəskin artmasına baxmayaraq, reanimasiyaya yerləşdirilmə hallarında nəzərə çarpan artım müşahidə olunmayıb.

Milli.Az


Etiketlər:  Son həftədə Avropada 12 milyon insan COVID 19 a yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ