Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 21:45
Təəssüf ki, toyuqların bağın ətrafında gəzib taxıl və yaşıl ot yediyi dövrlər başa çatıb. İndi quş əti bizə toyuq və hinduşkaların yem və hormonlarla yetişdirilən nəhəng quşçuluq təsərrüfatlarından gəlir.
Quşlar xəstələnəndə insanlar kimi hər cür antibiotiklərlə müalicə olunur. Bu kimyəvi maddələr tətbiq edildikdən sonra 7-10 gün ərzində bədəndə qalır.
Publika.az oxucuları kimyəvi maddələrin təsirini minimuma endirən vasitələrlə tanış edib.
İstehsalçıların inyeksiyaları nə vaxt etdiyini müəyyən etmək mümkün deyil, odur ki, təbii şəkildə yetişdirilməyən toyuq ətindəki kimyəvi maddələrin orqanizmə zərərverici təsirini minimallaşdırmaq üçün özünü sığortalamaq və bacardığın hər şeyi etmək daha yaxşıdır. Əlbəttə ki, toyuq ətini hormonlardan və dərmanlardan 100% təmizləmək mümkün deyil, ancaq toksinlərin çoxundan qurtula bilərsiniz.
Toyuğu antibiotiklərdən necə təmizləmək olar?
1-ci üsul
Toyuğu qaynadın, bulyonu tullayın. Əmin olun ki, təbii şəraitdə bəslənməyən toyuqların bulyonundan nə sizə, nə də ki, ailənizə xeyri olacaq. Ən yaxşı halda, sadəcə bədənə zərər verməyəcək.
2-ci üsul
Toyuğu bütöv halda bişirməyin. Toksinlər böyrək və qaraciyərdə toplanır, odur ki, içalatı diqqətlə çıxarın. Toyuq dərisi və quyruğunu da atın, yalnız bundan sonra bişirməyə davam edə bilərsiniz.
3-cü üsul
1 litr təmiz suya 2 xörək qaşığı duz əlavə edib yarım limonunun suyunu sıxın. Bu maye içində toyuğu ən azı 2 saat isladın. Sonra köhnə suyu boşaldıb daha bir duzlu su hazırlayın və toyuğu yenidən 2 saat saxlayın.
Həmçinin əti mineral suda islatmaq olar. Bu üsul ətdəki antibiotiklərin və hormonların miqdarını minimuma endirməklə yanaşı, toyuq ətini də yumşaldır.