Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 10:10
"Mədəkiçiltmə və öd əməliyyatı olunmuşam. Ödümdə xeyli sayda daş var idi, hamısı çıxarılıb. Mədəkiçiltmə əməliyyatı isə sırf artıq çəki problemi ilə bağlı idi. Biz efir adamıyıq, artıq kilolara görə böyük kompleks yaşayırdım. Zaur Baxşəliyev sağ olsun, onun sayəsində bu əməliyyatları həkimlər həyata keçirdi. Hələ ki, heç bir yerə getmirəm, nə efirlərə, nə də ki, şou proqramlara. Sağ olsun dostlarım, əl tutub, köməklik edirlər. Sənət dostlarımdan söhbət getmir"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib. O daha sonra əlavə edib.
"Mən heç kəsdən, heç nə gözləmirəm, heç kimə ağız açmağı xoşlamıram. O dönəmlərdə də kimlərsə mənə köməklik etmişdisə, hamısına öz təşəkkürümü bildirirəm. Bəzi şəxslər var ki, insanın malına, mülkünə, hətta avtomobilinin nömrəsinə görə hörmət edib, münasibət qururlar. Mən heç vaxt belə etmərəm, nə də ki, heç kimə də icazə vermərəm mənə qarşı belə etsin. Pul, mal, mülk gəlib-gedərdi. İnsana qalan insanlıqdır" deyə müğənni bildirib.
Müğənni daha sonra həyat yoldaşının işindən danışıb.
"Həyat yoldaşım prodüsser, təşkilatçıdır. Neçə vaxtdır ki, onun sahəsində də durğunluqdur. Bu günlərdə o da mədəkiçiltmə əməliyyatı keçirəcək. Bir-iki dəfə efirlərdə mahnı oxumuşdu, hamı elə bilirdi ki, artıq müğənni olub. Heç vaxt istəmərəm ki, müğənnilik etsin. 21 ci il olacaq ki, ailə həyatı qurmuşuq, münasibətlərimiz ilk günki kimidir. Hamıya da bu xoşbəxtliyi arzulayıram. 3-5 günlük ailə həyatı qurub, daha sonra dağıtmağın da yeri yoxdur. Əgər həqiqətən də arada sevgi, xətir, hörmət varsa o ailə ömür boyu yaşayacaq. Bir dəfə o vaxt vatsapda bir qadın mənə yazmışdı ki, həyat yoldaşını boşayıb, mütləq məni almalısan! Bilmədim bu nə məsələdir?! Ona görə də onu yaxşı cavabla yerində otuzdurdum" deyə müğənni bildirib.