Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 08:38
ABŞ-ın nüfuzlu "Bloomberg" agentliyi cümə günü öz saytında səhvən "Rusiya Ukraynanı işğal etdi" başlıqlı xəbər dərc edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, daha sonra agentlik səhvini etiraf edib və həmin xəbəri silib.
"Biz müxtəlif ssenarilər üçün başlıqlar hazırlayırıq və "Rusiya Ukraynanı işğal etdi" başlığı təsadüfən saytımızda yerləşdirilib. Bu səhvə görə dərindən təəssüflənirik", - agentliyin açıqlamasında qeyd edilib.
Bildirilir ki, agentlik rəhbərliyi hadisənin səbəbini araşdırır.