Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatma Girikin ölümündə qardaşı qızı günahkardır? - Açıqlama

Fatma Girikin ölümündə qardaşı qızı günahkardır? - Açıqlama

Tarix: 5 Fevral 2022 08:42

Türkiyənin əfsanəvi aktrisası Fatma Girikin ölümündə səhlənkarlığın olması iddiası ilə aktrisanın qardaşı Günay Girik həm xəstəxananı, həm də qardaşı qızı Ahu Turanlını məhkəməyə verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Fatma Girikə qulluq edən türkmənistanlı Gözəl Yazıyeva iddiaları ilə gündəm olub.

Belə ki, Yazıyeva koronavirusa yoluxduğunu, bunu dəfələrlə Ahu Turanlıya dediyini, lakin ona test verməyə icazə verilmədiyini söyləyib:

"Ahu xanıma xəstə olduğumu, test vermək istədiyimi dedim. Reanimasiyaya getdik. Testin qiymətinin 1000 lirə olduğunu dedilər. Ahu xanım "çoxdur" deyib məni test verməyə qoymadı və sadəcə soyuqladığımı bildirdi. Dövlət xəstəxanasına getmək istədim, qoymadı, məni Fatma bacının otağına apardı və işləməyə davam etdim.

Bazar ertəsi Fatma xanımın həkimi gəldi. "Sən xəstəsən? Səsin dəyişib" deyə soruşdu. "Yəqin ki, qripəm" dedim. Həkim bildirdi ki, Fatma xanımın qohumlarına deyim, mənə ya test verdirsinlər, yaxud da icazə alım. Ahu xanıma yenidən zəng etdim, icazə istədim. Testi özüm verəcəyimi dedim. Qətiyyətlə qəbul etmədi, "sən qripsən" dedi. Cümə günü isə Fatma xanımın qızdırması qalxdı, halı pisləşdi.

Şənbə günü test verdim, pozitiv olduğumu öyrəndim. Mən yoluxdurdum, ya yox, bilmirəm. Amma test versəydim, Fatma xanım yaşamış olardı. Xəstəxanada test etdilər, Fatma xanım koronavirusdan ölüb dedilər. Fatma Girikin otağına məndən başqa Ahu xanım girirdi. Ahu testin nəticəsini Fatma xanımın qardaşına göndərməyim deyə mənə xəbərdarlıq etdi. Günay bəy sonradan öyrəndi".

Bu açıqlamalardan sonra isə Ahu Turanlı "Qoy səlahiyyətlilər gəlsin, ifadəmi verəcəm" deyib.

Günay Girikin vəkili Akın Centlmen bildirib ki, Gözəl Yazıyevanın onlara verdikləri ifadələrdən sonra hərəkətə keçiblər və şikayət veriblər.

Milli.Az


Etiketlər:  Fatma Girikin ölümündə qardaşı qızı günahkardır Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ