Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turizm mərkəzində kişini ildırım vurdu - Anbaan VİDEO

Turizm mərkəzində kişini ildırım vurdu - Anbaan VİDEO

Tarix: 5 Fevral 2022 16:26

Türkiyənin Antalya şəhərində bir kişinin yaxınlığına ildırım düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə Belek Turizm Mərkəzində gəzən həmin şəxs ayağından xəsarət alıb. İldırımın çaxdığı anlar təhlükəsizlik kamerasında anbaan əks olunub.

Görüntülərdən bəlli olur ki, yavaş-yavaş dizləri üstünə çökən kişi daha sonra yerə uzanır. O, xəstəxanaya aparılıb, vəziyyəti yaxşı olsa da, ayaqlarında ciddi göyərmələr yaranıb.

Milli.Az


Etiketlər:  Turizm mərkəzində kişini ildırım vurdu Anbaan VİDEO


RƏYLƏR