Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 09:20
ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya Ukraynaya hərbi hücum etmək üçün lazım olan qüvvələrin təxminən 70%-ni hazırlayıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, belə bir iddia "Reuters" tərəfindən dərc olunan məqalədə yer alıb.
Qeyd olunub ki, Rusiya bir neçə günə Ukraynanın paytaxtı Kiyevi işğal edə bilər:
"Ukrayna 5 000-dən 25 000-ə qədər, Rusiya isə 3 000 - 10 000 arası hərbçisini baş verə biləcək müharibə zamanı itirə bilər. 25 000 - 50 000 arası mülki şəxs müharibənin qurbanı olacaq. Əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, milyonlarla Ukrayna vətəndaşı qaçqın həyatı yaşayacaq".