Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 15:33
Tez quruyan dəriyə lazımi ayaq baxımı edilmədikdə çatlamağa başlayır. Digər tərəfdən, nəm itkisi, çirklənməyə həddindən artıq məruz qalma, ekzema, diabet kimi problemlər də topuğun çatlamasına səbəb ola bilər. Bunun üçün dabanların qurumasının qarşısını almaq, rahat ayaqqabı geyinmək, həddindən artıq gəzintidən qaçmaq lazımdır.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, topuq dərisində yağ vəziləri yoxdur. Onu nəm və elastik saxlamaq üçün bol su içmək mütləqdir.
Bəs artıq yaranan çatları necə aradan qaldırmaq olar?
Tərkibi:
1 çay qaşığı vazelin
4-5 damcı limon suyu
Ayaqlarınızı 15-20 dəqiqə isti suda saxlayın. Bu, ayaqları və dabanı yumşaltmağa kömək edəcək. Sonra qurulayıb qarışımı bütün ayağınıza, xüsusən topuğunuza çəkin. Corab geyinib bütün gecəni bu cür keçirin və səhər yuyun.
Bunu yatmazdan əvvəl mütəmadi olaraq edə bilərsiniz.