Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 09:45
Rusiyalı virusoloq Anatoli Altşteyn ölkədə koronavirusa yoluxma hallarının sürətlə azalacağını proqnozlaşdırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, buna baxmayaraq xəstəlik heç zaman yox olmayacaq.
"Dünyada nəinki peyvənd olunmuş kifayət qədər insan var. Artıq çoxlu sayda peyvənd yaradılıb, çoxlu insanlar xəstələnib. Nəticədə virusun inkişaf perspektivləri zəifləyib. Lakin koronavirus insanlara arasında qalacaq. Biz vaksinasiyaya davam edəcəyik. Amma artıq pandemiya olmayacaq. Normal həyata dönərək, uzun müddət və davamlı şəkildə bu virusla mübarizə aparmalı olacağıq", - deyə alim bəyan edib.