Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ''omikron'' ştamının əsas yayılma yerləri açıqlandı

Koronavirusun ''omikron'' ştamının əsas yayılma yerləri açıqlandı

Tarix: 7 Fevral 2022 11:12

Koronavirusun "omikron" ştamının əsas yayılma yerləri ictimai nəqliyyat və aildədaxili təmaslardır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu rusiyalı infeksionist Nikolay Malışev bildirib.

Malışev vurğulayıb ki, virusun ailə daxilində yayılması üçün onu haradansa gətirmək lazımdır. Onlar əsasən ictimai nəqliyyatda yoluxurlar.

"Bunlar dəmir yolu stansiyaları və hava limanlarıdır, xüsusən də saxlama kameralarında insanlar virusa tez-tez yoluxur. Belə ki, adı çəkilən yerlərdə həm izdiham olur, həm də insanlar maskasız gəzir", - həkim qeyd edib.

Bundan əvvəl İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin - "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib ki, bəzi Avropa ölkələrində olduğu kimi, Rusiyada da "omikron"un yayılma tempi aşağı düşüb. Onun sözlərinə görə, sələfindən daha yoluxucu olan "gizli omikron" BA.2 ölkədə bütün infeksiyaların təxminən 3%-ni təşkil edir.

Milli.Az


Etiketlər:  Koronavirusun omikron ştamının əsas yayılma yerləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ