Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 18:06
Ukraynaya hücum Rusiyaya çox baha başa gələcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Şoltsun sözlərinə görə, Almaniya NATO-nun Avropadakı ən böyük tərəfdaşlarından biridir və ABŞ və alyansın müttəfiqləri ilə Rusiyanın Ukraynaya təhdidinə necə cavab veriləcəyi üzərində işləyir:
"Bizim sərt cavabımız odur ki, ruslar müdaxilə etsələr, bu, çox baha başa gələcək. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün çox çalışırıq".
Qeyd edək ki, Şolts ABŞ-da səfərdədir.