Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Macarıstan ölkə vətəndaşlarını tez-tez vaksinasiya olunmağa məcbur etməyəcək

Macarıstan ölkə vətəndaşlarını tez-tez vaksinasiya olunmağa məcbur etməyəcək

Tarix: 7 Fevral 2022 22:00

Macarıstan hökuməti COVID-19-a qarşı ilk iki peyvənd vurdurmuş insanlar üçün immunitet barədə sertifikatların qüvvədə olma müddətini mayın 1-dək artırmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu tədbir Avropa İttifaqının üzvü olan digər ölkələrin praktikasına uyğun olaraq həyata keçirilir: həmin ölkələrdə "omikron" ştamının yaranması ilə əlaqədar immunitet sertifikatları barədə qaydaları sərtləşdirilmir. Bu səbəbdən Macarıstan hökuməti də öz vətəndaşlarının ayrı-seçkiliyə məruz qalmasına və Aİ üzvü olan digər ölkələrin vətəndaşları ilə müqayisədə onların əlverişsiz vəziyyətə düşməsinə imkan verməyib.

Bundan əvvəl, Macarıstan hökuməti ikinci dəfə peyvənd vurdurmasından ən çoxu 6 ay keçmiş və ya təkrar peyvənd vurdurmuş insanlara verilmiş immunitet sertifikatlarının qüvvədə olma müddətini fevralın 15-dən etibarən məhdudlaşdırmağı planlaşdırırdı. İndi isə Avropa Komissiyası belə hesab edir ki, sertifikatların qüvvədə olma müddəti müəyyən edilərkən vaksinləmənin birinci dövrəsi başa çatandan sonra ən geci 6 ay müddətində təkrar peyvənd vurmaq tövsiyəsi nəzərə alınmalıdır. Buster dozalarının əlçatanlığına təminat vermək üçün Aİ-nin elektron sertifikatları güzəştli müddət dövründə qüvvədə qalacaq. Güzəştli müddət dedikdə əvvəlki 6 aydan əlavə 3 aylıq müddət nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Macarıstan ölkə vətəndaşlarını tez tez vaksinasiya olunmağa məcbur etməyəcək


RƏYLƏR