Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mahir qaydalara uyğun davranmadı”

“Mahir qaydalara uyğun davranmadı”

Tarix: 8 Fevral 2022 08:26

"Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçak Mahir Emrelinin Polşa "Legiya"sından Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçidi barədə fikirlərini bildirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hazırda Polşanın "Visla" (Plotsk) klubunda forma geyinən Jezniçak, yerli mətbuata açıqlamasında bunları deyib:

"Mahir Emreli qaydalara uyğun davranmadı, yaranmış vəziyyətdən öz xeyrinə istifadə etdi".

O, Mahiri avtobusda "Legiya" azarkeşlərinin hücumuna məruz qalmış digər futbolçu Lukinyasla müqayisə edib:

"Gəlin, Lukinyasa baxaq. O, tam fərqli hərəkət etdi. Amma azarkeşlərin davranışı da normal deyil. Ümumiyyətlə, belə hallar olmamalıdır. "Legiya"nın problemlərini araşdırmaq, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Bütün bunlarla klubda işləyənlər məşğul olmalıdır".

Qeyd edək ki, Emreli 2017-2019-cu illərdə "Qarabağ"da Jezniçakla komanda yoldaşı olub.


Etiketlər:  Mahir qaydalara uyğun davranmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ