Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyə COVID-19 testinin cavabları gec çıxır? - AÇIQLAMA - VİDEO

Niyə COVID-19 testinin cavabları gec çıxır? - AÇIQLAMA - VİDEO

Tarix: 8 Fevral 2022 15:02

Təcili tibbi yardım gecikir, test nümunələrinin cavabları ləngiyir... 

Ölkədə COVID-19-a gündəlik yoluxma sayı artdıqca, yeni problemlər də ortaya çıxır. Belə ki, virusun əlamətlərini hiss edən insanlar dərhal analiz götürülməsi üçün müraciət etsələr də, bəzən təcili tibbi yardımı xeyli gözləməli olurlar. Ancaq gözləmək təkcə bununla bitmir. Götürülən testin nəticəsi də vətəndaşa bir neçə gün sonra gəlib çatır. Bəzi hallarda cavabı pozitiv çıxan şəxsə mesaj 1 həftə sonra göndərilir. Bu müddət ərzində isə vətəndaşlar evdən çıxma icazələrinin olub-olmadığından məlumatsız qalırlar. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, TƏBİB-in nümayəndəsi Elnarə Baxış deyir ki, əgər testin cavabı ilə bağlı sms gecikirsə, həmin şəxslər telefonlarına "e-təbib" mobil tətbiqini yükləməli, daha sonra şəxsi kabinet menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlamalıdırlar.

TƏBİB nümayəndəsi bildirir ki, omikron ştammının aşkar olunmasından sonra dövlət tibb müəssisələrinə müraciətlərin sayı çoxalıb, labaratoriyaların iş yükü artıb. Məhz buna görə də analizlərin cavablarının göndərilməsində gecikmələr yaranır. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə xəbər ertəsinə bildirildi ki, özlərində narahatlıq hiss edən və analizlərin cavabını gözləyən vətəndaşlarevdən çıxmamalı, mümkün dərəcədə izoliyasiya olunmalıdırlar.


Etiketlər:  Niyə COVID testinin cavabları çıxır AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ