Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 04:24
Bakı. Trend:
Misirin məhkəmə zalında dünyasını dəyişən sabiq prezidenti Məhəmməd Mursinin oğlu ürək tutmasında ölüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məluma görə, Əl-Vahat xəstəxanasından mənbə bildirib ki, 24-yaşlı Abdulla Mursi xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib.
Qeyd edilir ki, təhlükəsizlik orqanları bu barədə məlumatlandırılıb.
Mursi ailəsinin vəkili Misirin sabiq prezidentinin kiçik oğlunun ölümünü təsdiq edib. Onun sözlərinə görə, Abdulla Mursi avtomobil idarə etdiyi zaman ürək tutmasından dünyasını dəyişib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin