Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 17:55
"Möhtəşəm yüz il: Kösəm Sultan", "Öyle bir geçer zaman ki", "Kayıp" kimi bir çox layihədə rol alan türkiyəli aktyor Mete Horozoğlu ilə bağlı təəccüblü iddia ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Arif Hür məqalə yazıb. O, 46 yaşlı aktyorun 5 ildir ekranlarda görünmədiyini xatırladaraq, sənətdən getdiyini bildirib. Jurnalist Metenin hazırda gənc aktyorların yetişməsi istiqamətində dərslər verdiyini əlavə edib.
Həmçinin A.Hür aktyorun Los-Ancelesdə sualtı idman növləri ilə məşğul olduğunu açıqlayıb.
Qeyd edək ki, Metenin daha əvvəl terror təşkilatlarından birinin üzvü olduğu deyilsə də, heç bir sübut olmadığı üçün cinayət işi bağlanmışdır.