Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Porno ulduz ibadətə başladı - Əri danışdı: Mən onda Allahın lütfünü görürəm...

Porno ulduz ibadətə başladı - Əri danışdı: Mən onda Allahın lütfünü görürəm...

Tarix: 10 Fevral 2022 00:25

Keçmiş porno ulduz Brittney De La Mora karyerasına son qoyaraq özünü ibadətə həsr edib. Hətta "Porno asılılığından necə qurtulmalı" kursu da yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə CBN News xəbər verir. "Mən düşünürdüm ki, həyatda istədiyim tək şey kinodur, orada sevgi, tanınma və diqqət tapacağam. Amma hamısını tapmadım. Çəkilişlərə dözmək üçün narkotikdən istifadə etməli oldum" yazıb. Qadın qeyd edib ki, qürur ona bu sənayeni tərk etməyə imkan verməyib. Porno filmlərdə rol almağa başlayandan üç il yarım sonra onu kilsəyə dəvət ediblər.

İndi keçmiş porno ulduz öz transformasiya hekayəsini ictimaiyyətlə bölüşür. Ailə qurub və yaxın gələcəkdə ikinci övladını dünyaya gətirməyə hazırlaşır. Qadının əri Riçard gələcək həyat yoldaşı ilə kilsədəki gənclər qrupunda tanış olub. Onlar dost olub, sonra bir-birlərinə aşiq olublar. "Britniyə baxanda onun keçmişinə dair heç nər görmürəm. Mən onda Allahın lütfünü görürəm" deyib.

Anar Əli
Milli.Az


Etiketlər:  Porno ulduz ibadətə başladı Əri danışdı Mən onda Allahın lütfünü görürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ