Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Altı ildən sonra yazılan ilk mahnı Adelə üç mükafat gətirdi - FOTO

Altı ildən sonra yazılan ilk mahnı Adelə üç mükafat gətirdi - FOTO

Tarix: 10 Fevral 2022 10:30

Britaniyalı məşhur müğənni Adel "Brit Awards"ın üç mükafatına layiq görülüb - "ilin musiqiçisi", "ilin mahnısı" ("Easy On Me") və "ilin albomu" ("30").

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Onun "30 Years" albomu 2021-ci ildə ən çox satılan albomu olub - cəmi altı həftə ərzində 600.000-dən çox nüsxə satılıb. Müğənni mükafatını oğluna və keçmiş ərinə həsr edib.

Adeldən başqa Ed Şiran, reper Deyv, reper Little Simz və bəstəkar Sam Fender "İlin musiqiçisi" nominasiyasına iddialı olublar.

"Ən yaxşı beynəlxalq ifaçı" - Billi Ayliş, "Beynəlxalq Mahnı" - "Good 4 U" (Olivia Rodrigo), "Pop ifaçı" - Dua Lipa, "Yeni britaniyalı artist" - Little Simz,  "Birtaniya qrupu" - "Wolf Alice", "Beynəlxalq qrup" - "Silk Sonic", sonqrayter - Ed Şiran seçilib.


Etiketlər:  Altı ildən sonra yazılan mahnı Adelə üç mükafat gətirdi FOTO


RƏYLƏR