Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı

Tarix: 12 Fevral 2022 09:12

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakinləri Rinat Zamanov və Tural Mustafayevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub. Buna baxamayaraq həmin şəxslərin yaşadıqları ünvanları tərk etdikləri və digərlərinin də sağlamlığı üçün təhlükə yaratdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən onlar evlərinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Hər iki şəxs barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ