Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 11:10
Portuqaliya çempionatının XXII turunda keçirilmiş "Portu" - "Sportinq" oyunundan sonra futbolçular arasında kütləvi dava olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hər iki klubun demək olar ki, bütün oyunçuları münaqişədə iştirak edib.
Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markesin və Pepe, "Sportinq"də isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqlar 38-ci dəqiqəyədək 2:0 hesabı ilə öndə olub. 22 matçdan sonra "Portu" 60 xalla turnir cədvəlinə başçılıq edir. "Sportinq" 54 xalla ikinci pillədə qərarlaşıb.