Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 23:34
Rusiyanın Moskva vilayətində hərbi qulluqçular onlara irad bildirən iki qızı əvvəlcə döyüb, daha sonra bıçaqlayıblar.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hadisə vilayətin Lübertsı şəhərində baş verib.
Məlum olub ki, şəhərin iki gənc qız sakini ərzaq mağazasından çıxarkən sərxoş əsgərlərlə qarşılaşıblar. Onlardan biri qızların ayaqlarına yıxılıb. Qızların bununla bağlı iradından qəzəblənən həmin əsgərlər yumruqları ilə onları əzişdirib, daha sonra bıçaqla zərbələr endiriblər.
Zərərçəkənlər birtəhər təcavüzkarların əllərindən qurtulub qaça biliblər. Hadisə yerinə gələn polis sərxoşları dərhal yaxalayıb. Bundan sonra əsgərlərin Rusiya ordusunda müqavilə əsasında qulluq etdikləri məlum olub.