Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 13:58
Hazırda ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bu təbliğat Baş Assambleyanın 16 dekabr 1966-cı ildə 2200 A (XXI) saylı qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktla qadağandır. 20-ci sənədin birinci bəndinin maddəsində deyilir: "Bütün müharibə təbliğatı qanunla qadağan edilməlidir", - Zaxarova Teleqram kanalında yazıb.
O qeyd edib ki, Soyuq müharibə dövründə qəbul edilmiş paktın vəzifəsi yalnız insan hüquqlarını qorumaq deyil, həm də bəşəriyyəti NATO ölkələrinin hərbi ritorikasının itələdiyi uçurumdan uzaqlaşdırmaq idi:
"Birləşmiş Ştatlar və Böyük Britaniya yarım əsrdir ki, saxladıqları vasitəni zibilxanalarından çıxarıblar. CNN, "Blumberq", Britaniya tabloidləri, media holdinqləri vasitəsilə idarə olunan isteriyaya dəstək verirlər. Öz ölkələrində ictimai rəyə təsir göstərirlər".