Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

12 illik cəzası bitdi, 46 yaşında futbola döndü

12 illik cəzası bitdi, 46 yaşında  futbola döndü

Tarix: 15 Fevral 2022 08:12

Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flaki yaşıl meydanlara geri dönüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, A seriyasının "köhnə futbolçular"ından olan Françesko 12 il sonra - 46 yaşında futbola qayıdıb.

O, İtaliyanın 5-ci liqa komandalarından olan "Signa 1914" ilə müqavilə bağlayıb. Karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaki 42 qol vurub.

O, 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı. Flaki karyerası ərzində "Sampdoriya", "Empoli", "Breşiya" kimi komandalarda oynayıb.

Françesko Flaki futbolla öz istəyi ilə vidalaşmaq və məşqçilik karyerasına başlamaq niyyətindədir.

Milli.Az


Etiketlər:  12 illik cəzası bitdi 46 yaşında futbola döndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ