Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank kartınızdan oğurluq edə bilərlər - Dələduzlar indi də bu üsula əl atırlar - VİDEO

Bank kartınızdan oğurluq edə bilərlər -  Dələduzlar indi də bu üsula əl atırlar - VİDEO

Tarix: 15 Fevral 2022 19:06

Son zamanlar kibercinəyatkarlıqla məşqul olan şəxslər yeni üsullara əl atırlar. Onlar guya bank nümayəndəsi kimi hədəf seçdikləri şəxslərə zəng vururlar. Deyirlər ki, guya həmin şəxs kiməsə zamin durub və onun borcunu ödəmək lazımdır. Bununla da insanların kart məlumatlarını əldə etməyə çalışırlar. Mütəxəssislər xəbərdarlıq edirlər. Heç bir halda şəxsi məlumatlarınızı başqasına verməyin. 

Dələduzlar son vaxtlar insanların kart məlumatlarını əldə etmək üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri vətəndaşlara müxtəlif nömrələrlə zəng edərək guya bank nümayəndəsi olduğunu deyib, onların hesab məlumatlarını əldə etməkdir. Tələbə Eldar Rzazadə dələduzların hədəf seçdiyi şəxslərdəndir. Deyir ki, heç kimə zamin durmadığı halda ona zəng gəlib və bildirilib ki, həmin şəxsin borcunu ödəməlidir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, apardığımız sorğu zamanı məlum oldu ki, belə halla üzləşən vətəndaşların sayı kifayət qədərdir. Məlumatlı olanlar dələduzların toruna düşməyiblər. 

Məsələ ilə bağlı insanların şikayətçi olduğu hər üç nömrə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticəsi olmadı. Zənglərin birində operatorla əlaqə yaratmaq mümkün olmayıb, digərlərində isə nömrələrə zəng çatmayıb. Maraqlı isə budur ki, nömrələrdən ikisini telefona quraşdırılmış əlavə proqram spam olaraq tanıyıb və qırmızı bildiriş verib. 

Texnoblogger Fərid Pərdəşünas prosesin texniki cəhətdən necə həyata keçirildiyinə aydınlıq gətirib. 

Fərid Pərdəşünas əlavə edib ki, insanlar diqqətli olmalı, heç bir halda şəxsi məlumatlarını kiməsə verməməlidirlər. Banklar heç vaxt müştərinin kartının 16 rəqəmini soruşmur. Yalnız son 4 rəqəm təsdiq məqsədilə istənilir.


Etiketlər:  Bank kartınızdan oğurluq edə bilərlər Dələduzlar indi üsula atırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ