Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kəpəz" Qəbələdə uduzdu

Tarix: 15 Fevral 2022 21:14

Azərbaycan 1-ci divizionunda 14-cü tura start verilib.

İlk oyun günündə üç qarşılaşma keçirilib.

"Sabah"ın ikinci komandası "Neftçi-2" ilə görüşdə 3:4 hesabı ilə uduzub. "Kəpəz" isə Qəbələ səfərində məğlub olub - 0:2. .

Turun qalan oyunları sabah keçiriləcək.

Birinci divizion, 14-cü tur

15 fevral

"Qaradağ Lökbatan" - "Sumqayıt-2" - 0:0
Qırmızı vərəqə: 
Ceyhun Muxtarlı, 75 (Qaradağ Lökbatan)
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

"Qəbələ-2" - "Kəpəz" - 2:0
Qol:
 Kamal Mirzəyev, 44-pen. Fərid İsgəndərov, 51.
Qırmızı vərəqə: Nicat Süleymanov, 27 (Kəpəz). Ümid Səmədov, 90+4 (Kəpəz)
Qəbələ şəhər stadionu (ehtiyat meydança)

"Sabah-2" - "Neftçi-2" - 3:4
Qol:
 Fərid Kərimzadə, 22; 73. Kamran Quliyev, 31-pen - Samir Qurbanov, 37; 65. Xəqani Sadıxov, 82. Mirabdulla Abbasov, 90+4.
Binə qəsəbə stadionu

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 13 9 2 2 25-10 29
2 Neftçi-2 13 7 2 4 28-21 23
3 MOİK 12 7 2 3 25-14 23
4 Kəpəz 13 5 7 1 23-17 22
5 Keşlə-2 12 6 3 3 18-11 21
6 Qarabağ-2 12 5 4 3 23-15 19
7 Sabah-2 13 5 3 5 21-21 18
8 Zaqatala 12 4 3 5 15-17 15
9 Turan Tovuz 12 4 2 6 16-20 14
10 Qəbələ-2 13 4 2 7 18-21 14
11 Sumqayıt-2 13 4 2 7 11-20 14
12 Səbail-2 12 2 2 8 15-25 8
13 Zirə-2 12 1 2 9 10-36 5

Milli.Az


Etiketlər:  Kəpəz Qəbələdə uduzdu


RƏYLƏR