Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ı Bakıda 30-40 min azarkeş dəstəkləyəcək" - Canni De Byazi

Tarix: 15 Fevral 2022 23:36

"Düşünürəm ki, "Qarabağ"ı Fransa "Marsel"inə qarşı ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis Ağdam klubunun 6 futbolçusunun yığmada əsas heyət üzvləri olduğunu bildirib: "Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdir. Uzun illərdir ölkə çempionatının zirvəsindədirlər. "Qarabağ" yerli oyunçulara sərmayə qoyan klubdur".

Milli komandadan da söz açan 66 yaşlı baş məşqçi işi ilə əlaqədar Bakıda qalmalı olduğunu söyləyib: "Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq görüşü keçirmək imkanımız olacaq".

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Qarabağı Bakıda 30 40 min azarkeş dəstəkləyəcək Canni De Byazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ