Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alim Qasımov və qızının ifası Ərdoğanı duyğulandırdı

Alim Qasımov və qızının ifası Ərdoğanı duyğulandırdı

Tarix: 16 Fevral 2022 10:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ziyarətdən sonra Ərdoğan bunları söyləyib

"Azərbaycan pavilyonunda olduqca gözəl hazırlıq görülüb. Hələ Fərqanə və atasının (Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova - red.) təqdimatı bizi çox duyğulandırdı. "Sarı gəlin"lə işi taclandırdılar. Qardaş can Azərbaycanın buradakı gözəl işləri bizim üçün də fəxrdir. Allah yar və yardımçıları olsun".

Qeyd edək ki, bu barədə məlumatı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva yayıb.

Milli.Az


Etiketlər:  Alim Qasımov qızının ifası Ərdoğanı duyğulandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ