Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mahirin ''Sevilya''ya qarşı oynamaq şansı var'' - Jelko Kopiç

''Mahirin ''Sevilya''ya qarşı oynamaq şansı var'' - Jelko Kopiç

Tarix: 17 Fevral 2022 08:14

"Mahir Emrelinin sabah debüt etmək şansı var. Onu komandanı gücləndirmək üçün gətirmişik".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emrelinin yeni komandası Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off məhləsinin "Sevilya" ilə ilk oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, 24 yaşlı hücumçunun ideal vəziyyətdə olmadığını da bildirib: "Tam hazır vəziyyətdə deyil. Bütün bunlarda diqqətli olmalıyıq. O da hamı kimi heyətdədir və sabah oynamaq ehtimalı var".

Qeyd edək ki, bu gecə oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Etiketlər:  Mahirin Sevilyaya qarşı oynamaq şansı Jelko Kopiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ