Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 08:38
Bakıda avtomobilin çarxının qırılması qəzaya səbəb olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Renault" markalı avtomobil şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman qəfildən ön sol çarxı sıradan çıxıb.
Bu zaman sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi digər zolaqda hərəkətdə olan "Ford" markalı maşına çırpılıb.
Hadisə zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.