Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəqliyyat xidmətlərinin qiyməti ARTIRILACAQ

Nəqliyyat xidmətlərinin qiyməti ARTIRILACAQ

Tarix: 17 Fevral 2022 09:44

London nəqliyyat xidmətlərinin qiyməti gələn aydan artırılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu, son on il ən böyük artımdır. London meri Sadiq Xan martın 1-dən bütün nəqliyyat xidmətləri üzrə orta hesabla 4,8 faiz artımın olacağını söyləyib. Bəzi avtobuslarda gediş haqqı 6,5 faiz artacaq.

Bildirilib ki, London Nəqliyyat Departamenti karantin dövründə itirdiyi gəlirləri illik inflyasiya artımı ilə balanslaşdırmağa çalışır.

Qeyd edək ki, qiymətlər sonuncu dəfə 2012-ci ildə Boris Conson mer olan zaman 6 faiz artırılmışdı və hazırda 1-ci zonada gediş bileti 2,40 funt-sterlinqdən hesablanır.


Etiketlər:  Nəqliyyat xidmətlərinin qiyməti ARTIRILACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ